Azərbaycanda ov qaydalarını pozan əcnəbilər TUTULDU

Azərbaycanda ov qaydalarını pozan əcnəbilər TUTULDU

Hazırda oxunan: Azərbaycanda ov qaydalarını pozan əcnəbilər TUTULDU

579074

Hacıqabul və Qobustan rayonlarının həmsərhəd çöllük ərazisində ov qaydalarını pozan əcnəbilər saxlanılıb.

Bu barədə Bizim.Media-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Suriya və Qətər vətəndaşları olduğu müəyyən edilib.
 

Saxlanılan şəxslərin 90-CM-510 dövlət qeydiyyat nişanlı "Toyota" markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş bir Şahin quşu, üç göyərçin və dörd cələ aşkar olunub.


Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunaraq hər birinə 2 min manat məbləğində cərimə tətbiq edilib. Götürülmüş quşlar Şirvan Milli Parkının ərazisinə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO