“Qarabağ savaşında bütün millətlərdən şəhid və qazilərimiz oldu” – Fazil Mustafa

“Qarabağ savaşında bütün millətlərdən şəhid və qazilərimiz oldu” – Fazil Mustafa

Hazırda oxunan: “Qarabağ savaşında bütün millətlərdən şəhid və qazilərimiz oldu” – Fazil Mustafa

579029

Bizim.Media xəbər verir ki, millət vəkili Fazil Mustafa “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Fərqliliyin rəngi” festivalında çıxışı zamanı Azərbaycanın multikultural dəyərlərinin gücündən danışıb.

Deputat qeyd edib ki, hazırda dünyanın bir çox bölgəsində etnik, dini və irqi zəmində toqquşmalar müşahidə olunur, lakin Azərbaycanda hər kəs öz inancını sərbəst şəkildə yaşamaq hüququna malikdir:
 

“Məhz bu yanaşma sayəsində biz demokratik və tolerant bir ölkədə yaşayırıq. Bu da öz təsdiqini Qarabağ savaşında tapdı. O müharibədə yalnız bir dinin və ya millətin deyil, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri şəhid və qazi oldular.


Bu birliyimiz Azərbaycan cəmiyyətinin gücünü və bölünməzliyini bir daha nümayiş etdirib. Elə dərəcədə birləşdik ki, bizi etnik və dini zəmində ayırmaq mümkün deyil”.

Nəzrin Elxan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO