2025-ci ilin oktyabrında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 98 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.
Məlumatda qeyd olunub ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 94 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar:
"Pasiyentlərin 44 nəfəri dərman preparatlarından, 30 nəfəri sirkə turşusundan, 5 nəfəri spirtli içkilərdən, 5 nəfəri ilan sancmasından, 3 nəfəri allergik reaksiyalardan, 2 nəfəri yandırıcı məhlullardan, bir nəfəri fosfor üzvi birləşmələrindən, 5 nəfəri anafilaktik şokdan, 3 nəfəri isə dəm qazından zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.
Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 4 nəfərin (3 kişi və 1 qadın) həyatını xilas etmək mümkün olmayıb”.
Bizim.Media


























































































