Gürcüstandan gətirilən kartofda uyğunsuzluq aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, “Foreign Fruit” MMC-nin Gürcüstandan idxal etdiyi “Yunion Export 2024” müəssisəsinin istehsalı olan ümumi çəkisi 24,5 ton ərzaqlıq kartof məhsulu fitosanitar müayinə və ekspertiza aparılması məqsədilə laborator müayinəyə cəlb edilib.
Sınaq nəticəsində məhsul partiyasında karantin tətbiq edilən kartof gövdə nematodu aşkarlanıb.
Məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edilib.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:35 / 04.11.2025
Gürcüstandan gətirilən 24 ton kartof məhv ediləcək – SƏBƏB - FOTO
Hazırda oxunan: Gürcüstandan gətirilən 24 ton kartof məhv ediləcək – SƏBƏB - FOTO
Hazırda oxunan: Gürcüstandan gətirilən 24 ton kartof məhv ediləcək – SƏBƏB - FOTO
578859
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































