Bakıda yaşayış binasında güclü YANĞIN: Sakinlər təxliyə olundu - YENİLƏNİB

Bakıda yaşayış binasında güclü YANĞIN: Sakinlər təxliyə olundu - YENİLƏNİB

Hazırda oxunan: Bakıda yaşayış binasında güclü YANĞIN: Sakinlər təxliyə olundu - YENİLƏNİB

578858

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 85 m² olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 7 m² sahədə yanıb.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 4 m² sahədə və 2 ədəd kondisioner qismən əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

16:31

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinə, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən binada mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bizim.Media FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO