Paytaxtda fəaliyyət göstərən bir sıra dövlət bağçaları hələ də uzun illər əvvəl tikilmiş, istismar müddətini başa vurmuş binalarda yerləşir. Bu isə həm uşaqların təhlükəsizliyi, həm də tədris mühitinin keyfiyyəti ilə bağlı narahatlıq doğurur.
Bəs paytaxtdakı köhnə bağçalar nə zaman yenilənəcək? Bu istiqamətdə hansı işlər görülür?
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, müvafiq dövlət bağçalarında təmir işləri davam edir:
“Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsi üzrə Elm və Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına cari ildə Bakı şəhəri üzrə 12 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri görülüb, 10 müəssisədə isə təmir işləri hazırda davam edir”, - deyə bildirilib.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:00 / 04.11.2025
Köhnə bağçalar nə vaxt təmir olunacaq? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Köhnə bağçalar nə vaxt təmir olunacaq? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Köhnə bağçalar nə vaxt təmir olunacaq? – RƏSMİ AÇIQLAMA
578836
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































