"Elektrik avtomobillərinin idxalı ilə bağlı vergilərdə rüsumları azad etmişik. Əgər köhnə avtomobillərin ölkəyə daxil olmasını qadağan etmək istəyiriksə, yaxud, hamının elektrik avtomobili almasını stimullaşdırmaq istəyiriksə, bu çox yaxşıdır. O zaman köhnə avtomobillərə, benzinlə işləyən avtomobillərə daha çox idxal rüsumu tətbiq olunmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, 3 ildən artıq istifadə olunan avtomobillərin ölkəyə girişinə qadağa qoyulmalıdır:
“Bir adam 1000 manatlıq telefon alanda idxal rüsumu ödəyirsə, 21-22 min manatlıq elektrik avtomobili alan adam niyə vergi ödəməsin? Vergini hamı ödəməlidir. Onu idxal edən də ödəmlidir. Bilmirəm bu avtomobillərin idxalı ilə hansı şirkətlər məşğuldur. İstəyiriksə bunu stimullaşdıraq, o halda digərlərinə vergini artırmalıyıq ki, onlar gətirməsinlər. Elektrik avtomobilini idxal edənlər vergidən azad olunmamalıdır”.
Günay Şahmar, Bizim.Media

- A-
 - A
 - A+
 
Cəmiyyət
							13:56 / 04.11.2025
							
						Köhnə avtomobillərin idxalına qadağa qoyula bilər - YENİ TƏKLİF
						
							
								Hazırda oxunan: Köhnə avtomobillərin idxalına qadağa qoyula bilər - YENİ TƏKLİF							
						
					
					
					
								Hazırda oxunan: Köhnə avtomobillərin idxalına qadağa qoyula bilər - YENİ TƏKLİF							
						578824
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					



























































































