DYP-dən xarici işıq cihazları ilə bağlı sürücülərə ÇAĞIRIŞ

DYP-dən xarici işıq cihazları ilə bağlı sürücülərə ÇAĞIRIŞ

Hazırda oxunan: DYP-dən xarici işıq cihazları ilə bağlı sürücülərə ÇAĞIRIŞ

578781

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusən də xarici işıq cihazlarının sazlığına və təmizliyinə diqqət yetirməyə çağırıb.

BDYPİ-nin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ön və arxa fənərlər, dönmə işıq göstəriciləri, geriyə hərəkət və işıqqaytarıcı sistemlər yalnız yolu deyil, sürücünün və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edir.

Sutkanın qaranlıq vaxtı, eləcə də dumanlı və yağışlı havalarda işıq cihazlarının düzgün işləməməsi görmə məsafəsini azaldır, qəza riskini artırır.

“Unutmayaq ki, təhlükəsiz yol hər birimizin məsuliyyətidir”, - deyə məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO