Ərini bıçaqla öldürən qadın saxlanıldı – RƏSMİ AÇIQLAMA

Ərini bıçaqla öldürən qadın saxlanıldı – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ərini bıçaqla öldürən qadın saxlanıldı – RƏSMİ AÇIQLAMA

57868

Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Vəlizadənin qətli ilə bağlı onun həyat yoldaşı saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Suraxanı rayon prokurorluğu yayıb.

Mənbə qeyd edir ki, hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Vəlizadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.

G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO