İşlədiyi şirkətdən 800 min manat mənimsəyən qadına HÖKM OXUNDU

İşlədiyi şirkətdən 800 min manat mənimsəyən qadına HÖKM OXUNDU

Hazırda oxunan: İşlədiyi şirkətdən 800 min manat mənimsəyən qadına HÖKM OXUNDU

578627

Mebel istehsalını həyata keçirən "Rifah Group" MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkətin sabiq baş mühasibi Samirə Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən yekun prosesdə qərar və hökm elan edilib.
 

Samirə Zeynalovanın ittiham olunduğu 308.2-ci maddəsinə təsdiqini tapmadığı üçün, Cinayət Məcəlləsinin 313-cü maddəsinə isə müddəti bitdiyinə görə xitam verilməsi ilə bağlı qərar verilib. Samirə Zeynalovanın ittiham olunduğu digər maddəyə görə -179.4-cü maddə ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm elan edilib.


Xatırladaq ki, dövlət ittihamçısı ötən prosesdə təqsirləndirilənin ittiham olunduğu maddələrdən 308.2-ci maddəyə təsdiqini tapmadığı üçün, 313-cü maddəyə isə müddəti keçdiyi üçün xitam verilməsini istəmişdi.

Samirə Zeynalovanın ittiham olunduğu yalnız 179.4-cü (mənimsəmə - külli miqdarda olduqda) maddə üzrə təqsirli bilərək onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, ittihama görə, Samirə Zeynalova "Rifah Group" MMC-nin baş mühasibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından başqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək onların adına bank hesabları açıb və MMC-yə məxsus 802 429.45 manat pul vəsaitini onların hesablarına köçürərək mənimsəyib.

O, bu əməli törədərkən öz vəzifə mövqeyindən sui-istifadə edib.

Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Samirə Zeynalovanın 4 övladı var, onlardan biri 1-ci qrup əlildir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO