Şamil Sadıqov: “Qadınlar texnologiyanın yeni siması olur”

Şamil Sadıqov: “Qadınlar texnologiyanın yeni siması olur”

Hazırda oxunan: Şamil Sadıqov: “Qadınlar texnologiyanın yeni siması olur”

578615

“Qadınların STEM sahələrində iştirakı artır – dünya gender stereotiplərini aşır. Qadın peşəsi yoxdur. Qadın bacarığı var və o bacarıq bir millətin gələcəyini formalaşdırır”. 

Bizim.Media xəbər verir ki, bunu Şamil Sadiqov “Qadın və Uşaqlar dayanıqlı cəmiyyətin mərkəzində” ictimai dialoqunda bildirib.
 

O, deyib ki, BMT-nin 2024-cü il hesabatına görə, elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində qadınların payı son 10 ildə 23%-dən 36%-ə yüksəlib. Bu göstərici Finlandiyada proqramçılar arasında dörd nəfərdən birinin qadın olması, Estoniyada isə 40%-ə çatması ilə daha da önə çıxır.


Birləşmiş Krallığın 2023-cü il məlumatlarında isə texnologiya şirkətlərində rəhbər vəzifələrdə olan qadınların sayı ilk dəfə 35%-i keçib. Bu, qadınların yalnız dəstəkçi yox, həm də qərarverici mövqelərdə iştirak etdiyini sübut edir.

Ekspertlərə görə, bu artım artıq dünyanın peşələri cinsə görə deyil, bacarığa görə bölməyə başladığının göstəricisidir.

Azərbaycan da bu trendləri kor-koranə deyil, milli dəyərlərə uyğunlaşdıraraq tətbiq etməlidir.

Nəzrin Elxan, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO