Azərbaycan Ukraynada təhsil alan tələbələrin sayına görə 2-ci yerdədir - FOTO

Azərbaycan Ukraynada təhsil alan tələbələrin sayına görə 2-ci yerdədir - FOTO

Hazırda oxunan: Azərbaycan Ukraynada təhsil alan tələbələrin sayına görə 2-ci yerdədir - FOTO

578582

Hazırda Ukrayna ali təhsil müəssisələrində 5 mindən çox azərbaycanlı tələbə təhsil alır.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin sosial şəbəkədə paylaşımında qeyd edilib.
 

"Azərbaycan Ukraynada təhsil alan tələbələrin sayına görə liderlər sırasındadır. Ukraynanın Təhsil və Elm Nazirliyinin məlumatına görə, 5 mindən çox azərbaycanlı tələbə ali təhsil almaq üçün Ukrayna universitetlərini seçib", - diplomat bildirib.


O əlavə edib ki, statistik məlumatlara əsasən, Ukraynaya ən çox xarici tələbə Çindən (6 846 nəfər) gəlir. İlk üçlüyə həmçinin Azərbaycan (5 017 tələbə) və Gürcüstan (1 081 nəfər) daxildir.

Sonrakı yerlərdə Hindistan (930), Mərakeş (723) və Türkiyə (636) qərarlaşıb.

"Ukraynanın Bakıdakı səfirliyi azərbaycanlı tələbələrə Ukrayna təhsilinə göstərdikləri etimad və marağa görə təşəkkürünü bildirir. Diplomatik missiya "Study in Ukraine" təşəbbüsünün direktoru Yelena Şapovalova və onun komandası ilə birlikdə iki ölkə arasında təhsil əlaqələrinin genişləndirilməsi istiqamətində işləri davam etdirməyi planlaşdırır", - paylaşımda qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO