Bütün çalışanlar ödəyir, amma hamısı qarşılığını ala bilmir – İşsizlik sığortası ilə bağlı TƏZADLI VƏZİYYƏT

Bütün çalışanlar ödəyir, amma hamısı qarşılığını ala bilmir – İşsizlik sığortası ilə bağlı TƏZADLI VƏZİYYƏT

Hazırda oxunan: Bütün çalışanlar ödəyir, amma hamısı qarşılığını ala bilmir – İşsizlik sığortası ilə bağlı TƏZADLI VƏZİYYƏT

578565

Qanunvericiliyə görə bütün çalışanlar işsizliyə görə sığorta ödənişi edir. Amma heç də bütün işsizlər sığorta ödənişi ala bilmir.

Əvvələr işdən bu və ya digər səbəbdən azad olunmuş şəxs Dövlət Məşğulluq Agentliyinə müraciət edirdi və işsiz kimi qeydiyyata alınırdı. Bundan sonra 6 ay müddətində işsiz şəxs son iş yerindəki əmək haqqının 80 faizi həcmində sığorta ödənişi alırdı. Amma qanunvericiliyə edilən son dəyişiklikdən sonra heç də bütün işsizlər sığorta ödənişi ala bilmir.

Kimlər işsizlikdən sığorta ödənişi almaq üçün müraciət edə bilər?

Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığorta olunanlar malikdirlər

- çalışdığı orqan və ya hüquqi şəxs ləğv edildikdə;

- işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;

- əmək müqaviləsinin müddəti qurtardıqda;

- müəssisənin mülkiyyətçisi dəyişdikdə;

- əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda;

- əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə.

Beləliklə, işdən azad olunan işsiz şəxslərə ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə sığorta ödənişi təyin edilir. Əmək müqaviləsinin müddətinin qurtarması əsasları ilə işdən azad olunan işsiz şəxslərə isə 3 ay müddətinə təyin edilir, sözügedən şəxslərin təkrar müraciət zamanı yenidən minimum sığorta ödənişi almaq hüququ var.

Bütün işsizlərin sığorta ödənişi ala bilməməsinə səbəb nədir?

Suala iqtisadçı Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bu mexanizm sonuna qədər təkmilləşdirilməyib:

“Doğrudan da, hər birimiz sığorta ödəyirik. Amma işsizlərin qeydiyyatı və işsizliklə bağlı müavinətlərin ödənilməsi bir sistem halına salınmayıb. Təəssüf ki, bu belədir. Nəticə etibarı ilə işsiz insanın işsiz olmasını sübut etməsi xeyli zaman alır. Bunun özü belə ciddi problemlərlə müşayət olunur. Ona görə də bütün işsizlərin işsizliyə görə sığorta ödənişi alması üçün proseslər asanlaşdırılmalı, ən azından elektronlaşdırılmalıdır. Bundan sonra bütün işsizlərin işsizliyə görə müavinət alması avtomatlaşdırılmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO