Azərbaycanlı blogerin Rusiyadakı mənzili borc səbəbindən satılacaq

Azərbaycanlı blogerin Rusiyadakı mənzili borc səbəbindən satılacaq

Hazırda oxunan: Azərbaycanlı blogerin Rusiyadakı mənzili borc səbəbindən satılacaq

578486

Azərbaycanlı bloger "Subo"nun (əsl adı Sübhan Murad oğlu Məmmədov) Rusiyanın Federal Vergi Xidmətinə olan borcu səbəbindən Moskva vilayətinin Odintsovi şəhərindəki mənzilinə həbs qoyulub.

Bizim.Media  bu barədə "Mash" "Telegram" kanalına istinadən xəbər verir.
 

Bildirilir ki, 10 milyon rubl (təqribən 211 000 manat - red.) dəyərindəki 60 kvadratmetr sahəsi olan ikiotaqlı mənzil müsadirə ediləcək.


Mənzil 91 milyon rubl (təqribən 1 924 000 manat - red.) məbləğində olan borcun bir hissəsini ödəməkdən ötrü satılacaq.

Xatırladaq ki, "Subo" 2025-ci ilin fevralında Rusiya vətəndaşlığından məhrum edilib.

O, vergidən yayınmaya və çirkli pulların yuyulmasına görə axtarışdadır. Blogerin BƏƏ-yə köçdüyü bildirilir.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO