Kürdəmirdə sərnişin daşıyan avtomobil qoyun sürüsünə çırpıldı - 10-u tələf oldu - FOTO

Kürdəmirdə sərnişin daşıyan avtomobil qoyun sürüsünə çırpıldı - 10-u tələf oldu - FOTO

Hazırda oxunan: Kürdəmirdə sərnişin daşıyan avtomobil qoyun sürüsünə çırpıldı - 10-u tələf oldu - FOTO

578456

Kürdəmirdə sərnişin daşıyan avtomobil xırda buynuzlu heyvan (qoyun) sürüsünə çırpılıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeyd alınıb.
 

Belə ki, “Mercedes” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən qarşısına çıxan qoyun sürüsünə çırpılıb.


Nəticədə 18 baş qoyundan 10-u tələf olub, 8-i isə ağır yaralanıb.

Təssərrüfat sahibi Şahlar Quliyevin sözlərinə görə, ona ümumilikdə 8 min manata yaxın maddi ziyan dəyib.
 

Hadisə yerinə rayon hüquq mühafizə orqanının əməkdaşları cəlb olunub və hadisə yerinə baxış keçrilib.


Hazırda faktla bağlı araşdırma aparılır.















Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO