30 ildir icra başçısı olan məmur KİMDİR?

30 ildir icra başçısı olan məmur KİMDİR?

Hazırda oxunan: 30 ildir icra başçısı olan məmur KİMDİR?

578455

Azərbaycanın ən stajlı icra başçılarından biri də Novruz Novruzovdur.

Hazırda Siyəzənə rəhbərlik edən Novruz müəllim bu il sentyabr ayının 19-da icra başçısı işləməyinin 30 illiyini qeyd edib.

Bizim.Media metbuat.az-a istinadən xəbər verir ki, Novruz Novruzov 2 may 1954-cü ildə Lerik rayonunda anadan olub. Ali təhsilli müəllimdir.

Novruzovun icra strukturları ilə tanışlığı 30 il əvvələ təsadüf edir. O, mərhum Prezident Heydər Əliyevin Sərəncamı ilə 19 sentyabr 1995-ci ildə anadan olduğu rayonun rəhbəri təyin olunub.

Novruzov doğma Lerikdə 6 il çalışdıqdan sonra Goranboy rayon icra hakimiyyətinin başçısı təyin olunub. Novruz Novruzov ömrünün 5 ilini Goranboyda keçirib.
 

Hazırda ömrünün 71-ci payızını yaşayan Novruz müəllimin Goranboydan sonrakı "dayanacagı" Şabran rayonu olub. Novruzov Şabrana nə az, nə çox, düz 12 il rəhbərlik edib.


71 yaşlı Novruz müəllim 2019-cu il aprel ayının 5-dən Siyəzənə rəhbərlik edir.

Novruz Novruzov mətbuatla əməkdaslığa həvəssiz yanaşan məmurlardandır.

Gözdən-könüldən uzaq qalmağa çalışdığı üçün internet resurslarında onun haqqında çox az məlumat var. Bu məlumatlar əsasən rəsmi məzmun daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO