"Gəncə şəhəri, Əziz Əliyev prospektində yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində zəruri tədbirlər görülür".
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib.
Vurğulanıb ki, sürət həddi və piyada zolaqlarında qaydalara əməl etməyən sürücülərlə bağlı məsuliyyət tədbirləri gücləndirilib.
Qeyd edək ki, Gəncə şəhəri, Əziz Əliyev prospektində yaşayan bir qrup sakin evlərinin yaxınlığından keçən yolda avtomobillərin sürətlə hərəkət etməsi və bunun tez-tez qəzalara səbəb olmasından şikayətlənirlər.
Vətəndaşların sözlərinə görə, piyadalar zolağa məhəl qoymayan sürücülərə görə təhlükə ilə üz-üzə qalırlar.
Bizim.Media



























































































