Xanəndə Pərviz Qasımovla Əməkdar artist Babək Niftəliyevin arasındakı geyim qalmaqalı yenidən alovlanıb.
Bizim.Media xəbər verir ki, Pərviz “Rəngarəng” verilişində həmkarına cavab verib.
O, Niftəliyevin geyimi ilə bağlı səsləndirdiyi iradlara qarşı bunları söyləyib: “Azərbaycanda xanəndələr arasında bu tərzi, geyimi, saqqal stilini mən yaratmışam. Babəki də İlkin Əhmədovu da çox istəyirəm. Sadəcə olaraq orada xoşuma gəlmədi, deyir, özünə hörmət etməlidir.
Gərək verilişdən sonra mənə zəng edərdi. Kim deyirsə ki, muğamı kostyumda, qalstukda oxumaq lazımdır, ya da sanbal bundan ibarətdir... Kişinin sanbalı qanındakı qeyrətidir. Kostyumla min hoqqadan çıxan xanəndələr var. Azərbaycanda ən çətin muğamları mən oxumuşam. Mənə bu geyim rahatdır, varsa, siz də bu əzələni ortaya qoyun. Həm də idmançıyam, ona uyğun hörmət edin. İdman verilişlərinə idman geyimində, toylara kostyumda gedirəm.
Sadəcə o toy bitmişdi, kişi toyu idi, 10 nəfər qalmışdı, öz dostlarımız idi, xahiş etmişdilər. Milli musiqi kostyumdan ibarət deyil. Mənim o toydakı geyimim də brend idi. Başqası o sözü desəydi, təkbətək söhbətə çağırardım heç nə deyə bilməzdi. Amma Babək mənim qardaşımdır, xətrini çox istəyirəm. Bu sözü başqası desə, qarşımda iki dəqiqə tab gətirə bilməzdi”.
Qeyd edək ki, B. Niftəliyev “Gün ortası” verilişində Pərvizin məclislərin birində idman geyimində muğam oxumasına irad bildirmişdi.
Sara, Bizim.Media





























































































