Valideynlərə XƏBƏRDARLIQ – Uşaqlarınız böyükləri təqlid edirsə…

Valideynlərə XƏBƏRDARLIQ – Uşaqlarınız böyükləri təqlid edirsə…

Hazırda oxunan: Valideynlərə XƏBƏRDARLIQ – Uşaqlarınız böyükləri təqlid edirsə…

578367

Son illər uşaq yaşda olanların böyüklər kimi davranması, makiyaj etməsi, yetkinlərin dilində danışması cəmiyyətdə narahatlıq doğurur.

Bəziləri bunu “özünü ifadə azadlığı” kimi görsə də, psixoloqlar uşaqlığın bu qədər tez bitməsini təhlükəli hesab edirlər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında psixoloq Aygül Məlikova bildirib ki, uşaqların yaşına uyğun oyun və təcrübə mərhələlərini yaşamadan böyüklərin dünyasına keçməsi ciddi psixoloji problemlərə səbəb olur:

“Uşaq, uşaq kimi yaşamır, eyni zamanda böyük kimi də sabit olmur. Nəticədə onun iç dünyasında qarışıqlıq yaranır.

Uşaqlar tez böyüyür, çünki valideynlərin onlardan gözləntiləri çox yüksəkdir. ‘
 

Artıq böyüksən’, ‘Sən bunu anlamalısan’ kimi ifadələr uşağa “mən uşaq olmaq haqqına sahib deyiləm” mesajını verir”, - deyə o, bildirib.


Psixoloq vurğulayıb ki, bu cür münasibət uşaqlarda emosional sıxıntı yaradır:

“Belə uşaqlar öz hisslərini gizlədirlər. Ağlamaq, qorxmaq, kömək istəmək onlar üçün “ayıb” olur.
 

Sosial mediada makiyaj edən, böyükləri təqlid edən uşaqların artması da bu halın nəticəsidir.


Bir uşaq etdikdə, digəri də onu təkrar edir. Uşaq beyni bu qədər informasiyanı qəbul etməyə hazır deyil”.

Aygül Məlikovanın sözlərinə görə, valideynlərin bəzən uşaqlara “dost kimi” yanaşması da problemlidir:

“Uşaq bu zaman öz yaşının rolunu itirir və məsuliyyət daşımağa başlayır. Kiçik yaşda ağır problemlərlə üzləşən uşaqlar daxildə gərgin olur.
 

Evdə hər şeyin “qayda-qanun” üzərində qurulması da uşağın azad düşüncəsini və emosional rahatlığını məhdudlaşdırır”.


Psixoloq  əlavə edib ki, “mükəmməl olmalısan” kimi ifadələr uşaqlarda daim narazılıq və özünə güvənsizlik hissi yaradır.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO