Kirayədə yaşayırdı, borcları var imiş... – Mahir Əmrəlinin dayısı oğlunun ölümünün TƏFƏRRÜATI

Kirayədə yaşayırdı, borcları var imiş... – Mahir Əmrəlinin dayısı oğlunun ölümünün TƏFƏRRÜATI

Hazırda oxunan: Kirayədə yaşayırdı, borcları var imiş... – Mahir Əmrəlinin dayısı oğlunun ölümünün TƏFƏRRÜATI

578350

Məşhur futbolçu Mahir Əmrəlinin dayısı oğlu, 37 yaşlı Sabit Ağayevin ölümünün təfərrüatları məlum olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Mahir Əmrəlinin dayısı oğlunun meyiti TAPILDI


Bizim.Media “yenisabah.az”a istinadən xəbər verir ki, o, hadisə zamanı evdə tək olub.

“Sabit bir müddət əvvəl valideynləri ilə yoldaşı arasında yaranan mübahisələr səbəbilə kirayə ev tutaraq öz ailəsi ilə ayrı yaşamağa başlayıb. Mərhum dünən axşam saatlarında Tala kəndinə gələrək intihar edib. Hadisə zamanı yoldaşı evdə olmayıb.

Bir azyaşlı körpəsi var. Sabitgil ailədə 2 uşaqdırlar. Bir bacısı var.

Nənəsi vaxtı ilə Tala kənd məktəbində ibtidai sinif müəllimi işləyib”, - mərhumun yaxınları bildirib.

Başqa bir iddiaya görə, mərhumun borcları çox imiş və ödəyə bilmirmiş. Ona görə də özünə qəsd edib.
 

Xatırladaq ki, Zaqatala rayonunun Aşağı Tala kənd sakini, 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yarımçıq tikilidən asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkarlanıb.


Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

O, futbolçu Mahir Əmrəlinin dayısı oğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO