Bu şəxslərə sürücülük vəsiqəsi 2 illik verilir

Bu şəxslərə sürücülük vəsiqəsi 2 illik verilir

Hazırda oxunan: Bu şəxslərə sürücülük vəsiqəsi 2 illik verilir

578328

Bildiyimiz kimi, sürücülük vəsiqəsinin ümumi etibarlılıq müddəti 10 il təşkil edir. Lakin bu qayda bütün sürücülərə şamil olunmur, bəzi şəxslər üçün vəsiqənin qüvvədə qalma müddəti daha qısadır.

Bizim.Media xəbər verir ki, qanunvericiliyə əsasən, sürücülük vəsiqəsinin etibarlılıq müddəti onu verən qurum tərəfindən aşağıdakı qaydada müəyyən edilir:

60 yaşına çatmamış şəxslər üçün – 10 il;

60 və daha çox yaşı olan şəxslər üçün – 70 yaş tamam olanadək qalan müddət;

70 və daha çox yaşı olan şəxslər üçün – 2 il;
 

Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün – tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.


Qeyd edək ki, etibarlılıq müddəti başa çatmış sürücülük vəsiqəsi müvafiq qaydada dəyişdirilir.

Əgər vəsiqə sahibinin şəxsi məlumatlarında dəyişiklik olmayıbsa, onun istəyi ilə sənədin etibarlılıq müddəti yuxarıda göstərilən qaydalar çərçivəsində uzadıla bilər. (metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO