Xəbər verdiyimiz kimi, Milli Məclisin bugünkü plenar iclasında “Dövlət qulluğu haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Yeni mexanizmə görə, artıq yerli icra hakimiyyəti orqanlarının rəhbər müavinləri və xaricdəki ticarət nümayəndələri istisna olmaqla, digər yüksək inzibati vəzifələrə qəbul daxili müsahibə yolu ilə həyata keçiriləcək.
Əvvəlki qaydalarda bu vəzifələrə həm daxili, həm də açıq müsabiqə yolu ilə qəbul mümkün idi. İndi isə sistem dövlət orqanlarında həm daxili rotasiyanı, həm də kadr çevikliyini artırmağa yönəlib.
Bəs bu yeniliklər hansı dəyişikliklərə səbəb olacaq?
Ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:
Nəzrin Elxan, Pərviz Allahverdiyev, Bizim.Media































































































