İlkin Həsənovun 163,4 ton alması MƏHV EDİLƏCƏK

İlkin Həsənovun 163,4 ton alması MƏHV EDİLƏCƏK

Hazırda oxunan: İlkin Həsənovun 163,4 ton alması MƏHV EDİLƏCƏK

578313

"Fueqo" MMC-yə və fiziki şəxs İlkin Cahan oğlu Həsənova məxsus Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton alma məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub.
 

Sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkarlanıb.


Məhsul partiyaları Türkiyənin idxal tələblərinə, o cümlədən Azərbaycanda qüvvədə olan pestisid qalığı normalarına cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv və ya utilizasiya edilməsi barədə qərar qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO