LEOBANK istifadəçiləri çətinliklə üzləşdi – Köçürmələr və ödənişlərdə nasazlıq yaranıb - FOTO

LEOBANK istifadəçiləri çətinliklə üzləşdi – Köçürmələr və ödənişlərdə nasazlıq yaranıb - FOTO

Hazırda oxunan: LEOBANK istifadəçiləri çətinliklə üzləşdi – Köçürmələr və ödənişlərdə nasazlıq yaranıb - FOTO

578276

Hazırda Leobank mobil tətbiqindən istifadə edən bəzi müştərilər köçürmə və ödəniş əməliyyatları zamanı texniki problemlərlə qarşılaşırlar.

Bizim.Media xəbər verir ki, bankdan bildirilib ki, mütəxəssislər yaranmış çətinliyin aradan qaldırılması üçün artıq işə başlayıblar və yaxın zamanda tətbiqin sabit fəaliyyəti bərpa olunacaq.

“Hazırda bəzi istifadəçilərdə köçürmələr zamanı texniki çətinliklər müşahidə olunur. Problemin qısa müddətdə həll ediləcəyi gözlənilir. İstifadəçilər tətbiqdən çıxış edib yenidən daxil ola bilərlər”, – deyə bankdan bildirilib.

Qeyd olunub ki, problem tam aradan qalxana qədər ödəniş və köçürmə əməliyyatlarını həyata keçirmək mümkün olmaya bilər.


Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO