Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün Zəngilanda brifinq keçirdi

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün Zəngilanda brifinq keçirdi

Hazırda oxunan: Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün Zəngilanda brifinq keçirdi

578252

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün Zəngilan şəhərindəki Konqres Mərkəzində "Zəngəzur dəhlizi - regional nəqliyyat şəbəkəsi" mövzusunda brifinq keçirilib.

Bizim.Media xəbər verir ki, brifinqdə güclü beynəlxalq tərəfdaşlığın, eləcə də infrastruktur və dəmir yolu nəqliyyatının modernləşdirilməsinin ölkənin inkişafının əsas amilləri olduğu bildirilib.

Qeyd edilib ki, bu nailiyyətlər Azərbaycanın əsas nəqliyyat mərkəzinə necə çevrildiyini göstərir.

Təqdimat zamanı nəqliyyat və dəniz infrastrukturuna xüsusi diqqət yetirilib. Vurğulanıb ki, bu gün ölkənin dəmir yolu ilə yükdaşımalarının həcmi artıb və Azərbaycan Xəzər dənizində ən böyük dəniz donanmasına malikdir.

Səfər çərçivəsində iştirakçılar, həmçinin Zəngilan Məscidi ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərin Cəbrayıl və Zəngilan rayonlarına səfərində 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan bu səfər işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin sayca 20-ci səfəridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO