Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Lökbatanda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəşad Tağıyevin məhkəmə prosesi keçirilib.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, dövlət ittihamçısı çıxış edərək R. Tağıyevin 10 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkənin nümayəndəsi buna etiraz edərək R. Tağıyevə ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib. Təqsirləndirilən R. Tağıyev son söz çıxışında azyaşlı uşağının olduğunu əsas gətirərək, cəzasının yüngülləşdirilməsini istəyib.
Müşavirədən sonra məhkəmə Rəşad Tağıyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm verib.
Xatırladaq ki, hadisə iyunun 30-da gecə saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1 adlı ərazidə baş verib.
Məlumata görə, Tağıyev Rəşad Tofiq oğlu həmin ərazidə arvadı 36 yaşlı Hüseynova Sevinc İnşallah qızını aralarında yaranmış mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək qəsdən öldürüb.
Rəşad Tağıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							19:24 / 31.10.2025
							
						Bakıda arvadını öldürən kişiyə 10 İL CƏZA
						
							
								Hazırda oxunan: Bakıda arvadını öldürən kişiyə 10 İL CƏZA							
						
					
					
					
								Hazırda oxunan: Bakıda arvadını öldürən kişiyə 10 İL CƏZA							
						578245
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
 
					































































































