Nəsimi rayonunda ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlandı - FOTO

Nəsimi rayonunda ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlandı - FOTO

Hazırda oxunan: Nəsimi rayonunda ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlandı - FOTO

578235

Bakı şəhəri, Nəsimi rayonunda "Ərzurum" ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
 

Bildirilib ki, mətbəxdə döşəmə, divar və tavanın təmirsiz olduğu, səthlərin hamar, yuyulabilən və korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. İstehlaka hazır qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.


Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO