Bakıda bu avtobuslar da DƏYİŞDİRİLİR – YENİ QİYMƏTLƏR

Bakıda bu avtobuslar da DƏYİŞDİRİLİR – YENİ QİYMƏTLƏR

Hazırda oxunan: Bakıda bu avtobuslar da DƏYİŞDİRİLİR – YENİ QİYMƏTLƏR

578227

Bakıda 81 və 160 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir.

Bu barədə Bizim.Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, noyabrın 1-dən 81 və 160 nömrəli marşrutlarda istismar olunan avtobuslar dəyişdiriləcək.

Köhnə Günəşli və Qaraçuxur qəsəbələrini əlaqələndirən 81 nömrəli marşrut üzrə sərnişinlərin ixtiyarına veriləcək 20 ədəd "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
 

Yeni avtobusların xəttə buraxılması ilə marşrut üzrə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Marşrut üzrə gedişhaqqı 0,60 manat müəyyən edilib.


Binə qəsəbəsini "Koroğlu" metrostansiyası ilə əlaqələndirən 160 nömrəli müntəzəm marşrut üzrə xəttə buraxılacaq 18 avtobus da müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilib.

Avtobuslar 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrut üzrə gedişhaqqı 0,70 manat müəyyən edilib.

Hər iki marşrutda ödənişlər nağdsız qaydadadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO