“Varfarin”lə bağlı YENİ XƏBƏR – Qıtlıq aradan QALXIB?

“Varfarin”lə bağlı YENİ XƏBƏR – Qıtlıq aradan QALXIB?

Hazırda oxunan: “Varfarin”lə bağlı YENİ XƏBƏR – Qıtlıq aradan QALXIB?

578215

Bir ilə yaxın idi ki, apteklərdə “Varfarin” adlı dərman preparatı ilə bağlı ciddi qıtlıq müşahidə olunurdu. Qiyməti o qədər də baha olmayan bu dərmanın bazarda alternativi olmadığından xəstələr arasında ciddi narahatlıq yaranmışdı. Daha doğrusu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Varfarinpreparatının yararlılıq müddəti səbəbindən dərmanın idxalını dayandırmışdı.

Bəs hazırda vəziyyət necədir? “Varfarin”in ölkəyə idxalında hələ də problem var?
 

MÖVZU İLƏ BAĞLI:

“Varfarin” qıtlığı ÖLÜMƏ aparır – Səhiyyə Nazirliyi niyə minlərlə xəstəni RİSKƏ ATIR?


Səhiyyə Nazirliyinin tabeliyində olan Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq. Mərkəzdən Bizim.Media-ya bildirilib ki, “varfarin” apreldən etibarən yenidən dövlət qeydiyyatına alınıb.  

““Varfarin Ştada” dərman vasitəsi yenidən dövlət qeydiyyatına alınmış və 07.04.2025-ci il tarixində yeni qeydiyyat vəsiqəsi (DV №25-00442) alaraq dərman vasitələrinin dövlət reyestrinə daxil edilib.

Qeyd olunan tarixdən etibarən Mərkəzə bu dərman vasitəsinin idxalına icazə verilməsi ilə bağlı müraciət daxil olmayıb.

Lakin qeyd edirik ki, qeydiyyat vəsiqəsinə uyğun istehsal olunmuş “Varfarin Ştada” dərman vasitəsinin ölkəyə idxalı ilə bağlı heç bir hüquqi məhdudiyyət yoxdur və idxal qanunvericiliyinə uyğun şəkildə həyata keçirilə bilər”.

“Varfarin” preparatı ilə bağlı paytaxtdakı bir neçə aptekə də üz tutduq. Əksəriyyətində “varfarin” preparatı mövcuddur.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO