Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Heydərov torpağa tapşırıldı – FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Heydərov torpağa tapşırıldı – FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Heydərov torpağa tapşırıldı – FOTO

578209

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Elçin Ağamməd oğlu Heydərov oktyabrın 31-də İmişli rayonunun Ağaməmmədli kəndindəki qəbiristanlıqda dəfn olunub.

Bizim.Media xəbər verir ki, əvvəlcə Ağaməmmədli kəndində itkin şəhidlə vida mərasimi olub,cənazə namazı qılınıb.

Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra itkin şəhid Ağaməmmədli kəndindəki qəbiristanlıqda hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
 

Qeyd edək ki, Elçin Heydərov 1971-ci ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1994-cü il Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.


Elçin Heydərov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan beş şəhiddən biridir.
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO