Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxta tamamlanacaq? – RƏSMİ AÇIQLAMA

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxta tamamlanacaq? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxta tamamlanacaq? – RƏSMİ AÇIQLAMA

578208

Zəngəzur dəhlizinin dəmir yolu hissəsində tunel və körpü layihələri yekun mərhələdədir.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Tural Abbaslı diplomatik korpus nümayəndələrini məlumatlandırarkən bildirib.

“Tunel divarlarının qazılması üçün dinamitdən istifadə olunur və gündə təxminən 2–3 metr qazıntı aparılır. Qazıntıdan dərhal sonra xüsusi boltlar, məftil və beton vasitəsilə divarlar möhkəmləndirilir. Tunelin ümumi uzunluğu 677 metrdir. Onun ardınca daha bir tunel gəlir, uzunluğu 1067 metrdir. Hər iki tunel bağlanmış boru tipli texnologiya ilə inşa edilir”, - o deyib.

ADY rəsmisinin sözlərinə görə, dağ relyefi nəzərə alınaraq tunelin üst hissəsində daşların düşməsinin qarşısını almaq üçün xüsusi qalereya tikilib: 
 

“Tikintiyə başladığımızda ərazi daşlarla dolu idi, buna görə də tuneli qorumaq üçün mühəndislik həll tətbiq etdik. Layihə çərçivəsində ümumilikdə 594 mühəndis qurğusu, o cümlədən 4 tunel və 14 körpü inşa olunur. Regionun ən uzun dəmir yolu körpüsü – 771 metr uzunluğunda körpü də burada yerləşir. Hündürlüyü 35 metr olan körpü isə regionda ən böyük mühəndis qurğularından biri hesab olunur. Tikintinin ümumi irəliləyişi 68 faizdir.


Gələn ilin sonuna qədər sərhədə qədər olan hissədə dəmir yolu çəkilişi başa çatdırılacaq. Daha sonra elektrik, siqnalizasiya, rabitə və abadlaşdırma işləri tamamlanacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO