Yeni binalarda qaraj MÜBAHİSƏSİ - Mənzil sahiblərinə satılması QANUNSUZDUR?

Yeni binalarda qaraj MÜBAHİSƏSİ - Mənzil sahiblərinə satılması QANUNSUZDUR?

Hazırda oxunan: Yeni binalarda qaraj MÜBAHİSƏSİ - Mənzil sahiblərinə satılması QANUNSUZDUR?

578207

Son zamanlar ən çox müzakirə edilən məsələlərdən biri də çoxmənzilli binaların altında inşa edilmiş qarajın istismarıdır. Bir çoxları hesab edir ki, həmin qaraj ümumi bina sahiblərinin vəsaiti hesabına tikildiyi üçün həmin yerlər əvəzsiz olaraq mənzil sahiblərinə verilməlidir.

Bəs qanun nə deyir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib ki, bu məsələ uzun zamandır müzakirə mövzusudur:

“Qanunvericiliyin tələbinə görə, binanın tikintisi üşün müvafiq instansiyalarla razılaşdırılmış və təsdiq olunmuş layihədə binanın altındakı sahə qaraj sahəsi kimi layihələndirilibsə, o zaman həmin sahə MTK-nın və yaxud şirkətin mülkü hesab edilir. Və tikinti aparan şəxs həmin sahə üçün istədiyi formada sərəncam vermək hüququna sahibdir.
 

Nəzərə alaq ki, 2019-cu ildə hökumət parklanma məsələsində stimullaşdırıcı, təşviqedici tədbir kimi qərar verdi ki, binanın tikintisi zamanı qaraj sahələrinin inşasına üstünlük versinlər. Yeni qərara əsasən binanın alt hissəsində 1 mərtəbədən artıq hissəyə görə rüsum alınmadı. Bu da o deməkdir ki, tikinti şirkəti binanın altında 3 mərtəbə qaraj inşa edirsə, onun yalnız bir mərtəbəsinə görə dövlətə rüsum ödəyir.


Əgər təsdiq olunmuş layihədə binanın birinci mərtəbəsi texniki mərtəbə kimi nəzərdə tutulubsa, o zaman həmin sahə Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən mülkiyyətçilərin ümumi əmlakı hesab edilir və həmin ərazinin sənədləşdirilməsi mümkün olmur.

Qeyd edim ki, bu məsələyə xüsusi diqqət etmək lazımdır.

Əgər layihə sənədində alt mərtəbə texniki sahə kimi yox, qaraj kimi təsdiqlənibsə, o zaman bina sakinlərinin həmin əraziyə hər hansı bir iddia irəli sürməsi qanunsuzdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO