Əvvəllər insan alverinə görə saxlanılmışdı, indi də narkotiklə TUTULDU - VİDEO

Əvvəllər insan alverinə görə saxlanılmışdı, indi də narkotiklə TUTULDU - VİDEO

Hazırda oxunan: Əvvəllər insan alverinə görə saxlanılmışdı, indi də narkotiklə TUTULDU - VİDEO

578186

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin Astara rayonunda qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bizim.Media bu barədə DİN-ə istinadən xəbər verir.
 

Bildirilib ki, tədbir zamanı 36 yaşlı əvvəllər insan alveri cinayətlərində təqsirli bilinərək məhkum olunmuş Fəxrəddin Xurşidov saxlanılıb. Ondan 27 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.


Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisində narkotiklərin satış və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. F.Xurşidovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz olaraq davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO