Azərbaycanda narkotik qəbul edən daha bir sürücü saxlanıldı

Azərbaycanda narkotik qəbul edən daha bir sürücü saxlanıldı

Hazırda oxunan: Azərbaycanda narkotik qəbul edən daha bir sürücü saxlanıldı

57817

Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Mahmud Ağayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil nəzarət qaydasına uyğun olaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, yoxlamalar zamanı M.Ağayevin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib.

MÖVZU İLƏ BAĞLI:

Ağstafada REYD: Bu şəxslər məsuliyyətə cəlb edildi - FOTO


Həmçinin sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən onun narkotik vasitələr olan metamfetamin və marixuana qəbul etdiyi məlum olub.

M.Ağayev barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO