Ağstafada REYD: Bu şəxslər məsuliyyətə cəlb edildi - FOTO

Hazırda oxunan: Ağstafada REYD: Bu şəxslər məsuliyyətə cəlb edildi - FOTO

57383

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda- taksi, avtobuslarda sürücülərin COVİD-19 pasportunun olub-olmaması tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına diqqət yetiriblər.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib, bu qaydalara əməl etməyən şəxslər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Tovuzda REYD: piyada və sürücülərə protokol tərtib olundu - FOTO 


Daha sonra monitorinq rayon ərazisindəki market və digər ticarət obyektlərində eləcə də əhalinin sıx olduğu yerlərdə də nəzarət-profilaktiki davam etdirilib.

Polis əməkdaşları tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunmaqla yanaşı, COVİD-19 pasportu tələb olununan məkanlarda müştəri və işçi personallarının vaksinasiya olub-olunamasını yoxlayıb

Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.

Məqsəd Rəhimov, Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO