Razi Nurullayev: “Bəzi vəzifələrə qəbul biliklə deyil, tanışlıqla olur”

Razi Nurullayev: “Bəzi vəzifələrə qəbul biliklə deyil, tanışlıqla olur”

Hazırda oxunan: Razi Nurullayev: “Bəzi vəzifələrə qəbul biliklə deyil, tanışlıqla olur”

578169

"Bu gün cəmiyyətimizdə çoxsaylı gənclər var ki, dövlət qulluğuna girmək üçün illərlə hazırlaşır, imtahan verir, yüksək bal toplayır, lakin yenə də işə qəbul oluna bilmir. Bu, artıq fərdi yox, sistemli bir problemdir. Dövlət qulluğuna qəbul prosesi formal olaraq ədalətli görünsə də, reallıqda bir çox hallarda imtahan balı işlə təminata çevrilmir. İnsanlar düşünür: “Əgər yüksək bal yığmaq belə yetərli deyilsə, bəs nə lazımdır?” Bu sual təkcə həmin gəncləri deyil, bütövlükdə cəmiyyəti narahat edir".

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, bəzi vəzifələrə qəbulun bilik yox, tanışlıqla olduğunu bildirib:

"Əgər imtahan və bal obyektiv meyardırsa, niyə yüzlərlə, bəzən minlərlə gənc “ehtiyat kadr siyahısında” illərlə qalır və iş tapa bilmir? Digər tərəfdən, çox vaxt həmin vəzifələrə tanışlıqla, ya da daxildən yönləndirilən şəxslər qəbul olunur. Bu, ədalət prinsipini, dövlətin nüfuzunu və gənclərin inamını ciddi şəkildə sarsıdır.
 

Biz gənclərə deyirik ki, oxuyun, çalışın, imtahan verin, biliklə yüksəlin. Amma onlara fərqli siqnal göndərilir – “bacarıq yox, münasibət vacibdir”. Belə olduqda isə dövlət xidməti olan dövlət qulluğu imtahanından yüksək bal toplamış istedadlı gənclər üçün cəlbedici yox, ümid sındıran bir məkana çevrilir.


Bu problemi həll etmək üçün, birinci növbədə, imtahanı keçən hər bir namizədin yerləşdirilməsi üçün şəffaf mexanizm yaradılmalıdır. Boş yerlər real və açıq elan olunmalı, müsahibə mərhələsində subyektivlik aradan qaldırılmalıdır.

Dövlət qulluğunda işləmək istəyən gənc “tanışım yoxdur” deməməlidir. O, inanmalıdır ki, biliyi və zəhməti onun ən böyük dayağıdır".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO