Sosial şəbəkələrdə yayılan “palçıq hamamı” videolarına rəsmi REAKSİYA – “Hər an təhlükə var”

Sosial şəbəkələrdə yayılan “palçıq hamamı” videolarına rəsmi REAKSİYA – “Hər an təhlükə var”

Hazırda oxunan: Sosial şəbəkələrdə yayılan “palçıq hamamı” videolarına rəsmi REAKSİYA – “Hər an təhlükə var”

578159

“Cəmiyyətdə belə bir fikir var ki, bütün palçıq vulkanları dəri üçün faydalıdır. Amma belə deyil. Bu palçıqların tərkibində elə kimyəvi maddələr var ki onlar nəinki faydalı deyil, hətta ziyanlıdır”. 

Bizim.Media bunu Qoruqları İdarə etmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Rufik İsmayılov Bizim.Media-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə istər Azərbaycanda, istərsə də xaricdə belə fikirlər mövcuddur və insanlar bu miflərə sadəlövhlüklə inanırlar. 
 

“Qoruq ərazisinin nəzarətsiz hissələrinə girib özünü palçığa bələmiş bir neçə qadının videosu sosial şəbəkələrdə dolaşır. İnsanlar da rəy bildirib təbliğ eləyirlər. Unutmaq olmaz ki vulkan yataqlarında vakuumlar ola bilər və çəkib adamı aparar. Xoşbəxtlikdən indiyədək belə hadisə olmayıb. Amma təhlükə hər an mövcud olduğundan vətəndaşlar bunu nəzərə almalıdır”. 


R. İsmayılov hazırda həmin ərazilərdə təhlükəsizlik tədbirlərinin artırıldığını qeyd edib. 

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO