Şirvanda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Çılpaqlı qəsəbəsi ərazisində qeydə alınıb.
 
İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü, Şirvan şəhər sakini Miri Abbasov ölüb, iki nəfər xəsarət alıb.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.



Bizim.Media
 
					
































































































