Xocalıda itkin düşən şəhidin nəşi Göyçayda torpağa tapşırıldı – FOTO/VİDEO

Xocalıda itkin düşən şəhidin nəşi Göyçayda torpağa tapşırıldı – FOTO/VİDEO

Hazırda oxunan: Xocalıda itkin düşən şəhidin nəşi Göyçayda torpağa tapşırıldı – FOTO/VİDEO

578052

Göyçayda Birinci Qarabağ döyüşlərində itkin hesab edilən şəhid Nuriyev Aydın Nəriman oğlunun nəşi böyüyüb boya-başa çatdığı rayonun Mırtı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, əvvəlcə şəhidin ata evində onunla vida mərasimi keçirilib.

Vida mərasimində Göyçay rayon icra hakimiyyətinin rəhbərliyi, içtimaiyyət nümayəndələri, kənd sakinləri, şəhid ailələri, qazilər və şəhidin ailə üzvləri iştirak ediblər.

Vida mərasimi zamanı cənazə namazı qılındıqdan sonra onun nəşi Mırtı kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, şəhid Aydın Nuriyev 1966-cı il noyabr ayının 5-də Mırtı kəndində anadan olub.

O, 1973-cü ildə indiki Qasım Həsrətov adına Mırtı kənd tam orta məktəbinin birinci sinifinə daxil olmuş və 8-ci sinifi bitirdikdən sonra Bakı Yüngül Sənaye Texnikumuna daxil omuşdur. Təhsilini bitirdikdən sonra A.Nuriyev 1985-ci ildə Sovet İttifaqının Murmansk vilayətində Sovet donanmasında hərbi xidmətə başlamışdır.
 

1988-ci ildə hərbi xidmətini başa vurub vətənə dönən A.Nuriyev Xocalı Tikiş Fabrikində əmək fəaliyyətinə başlamışdır. A.Nuriyev 1992-ci ildə Milli Qəhrəman Tofiq Hüseynovun rəhbərlik etdiyi Xocalı könüllü müdafiə batalyonu tərkibində Vətənin müdafiəsinə qoşulmuş və bir çox döyüşlərdə iştirak etmişdir.


1992-ci ilin fevral ayının 26-da Xocalı rayonunun müdafiəsi zamanı şəhid olmuş və itkin düşmüşdür.






Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO