Əbülfəz Muxtaroğlu vəfat etdi

Əbülfəz Muxtaroğlu vəfat etdi

Hazırda oxunan: Əbülfəz Muxtaroğlu vəfat etdi

578013

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb.

Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Zərnətün kəndində anadan olub. O, orta təhsilini Biçənək kənd yeddiillik məktəbində və Çayşahbuz onbirillik məktəbində alıb, 1963-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olub, 1967-ci ildə təhsilini başa vurub.

1971-ci ilədək Şahbuz rayon Aşağı Qışlaq kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib, 1972-ci ildə müsabiqə yolu ilə V.İ.Lenin adına APİ-nin Naxçıvan filialına müəllim keçib.

Azərbaycan SSR EA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektolojiya şöbəsinin dissertantı olub, "Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası" mövzusunda namizədlik işi müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Ə.Muxtaroğlu Naxçıvan Dövlət Universitetinin "Azərbaycan dilçiliyi" və Naxçıvan Müəllimlər İnstitutunun "Dillər və ədəbiyyat" kafedralarının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO