Bakının bu küçələrində işıqforlara velosiped bölmələri quraşdırıldı – SİYAHI

Bakının bu küçələrində işıqforlara velosiped bölmələri quraşdırıldı – SİYAHI

Hazırda oxunan: Bakının bu küçələrində işıqforlara velosiped bölmələri quraşdırıldı – SİYAHI

577999

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin, Əbdürrəhim bəy Haqverdiyev və Akademik Şəfaət Mehdiyev küçələrinin, Xətai rayonu, Xocalı prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin və Mehdi Mehdizadə küçəsi ilə İzzət Orucov küçəsinin kəsişməsində olan işıqforlara velosiped bölmələri quraşdırılıb.

NİİM-dən Bizim.Media-ya verilən məlumata görə, bununla da velosiped və kiçik elektrikli nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyi təmin olunub.

“Bu vaxta qədər mərkəz tərəfindən ümumilikdə 42 kəsişmədə olan 103 işıqfora velosiped bölmələri quraşdırılıb. Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələrinin digər zəruri küçə və prospektlərdə olan işıqforlara quraşdırılması işləri davam etdirilir”, - deyə məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO