DİQQƏT! Bakının bu ərazilərində qaz olmayacaq

DİQQƏT! Bakının bu ərazilərində qaz olmayacaq

Hazırda oxunan: DİQQƏT! Bakının bu ərazilərində qaz olmayacaq

577949

Bakının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz" İB-dən Bizim.Media-ya bildirilib ki, bu gün (30.10.2025-ci il tarixdə) saat 09:30-dan etibarən Səbail, Binəqədi, Nizami və Suraxanı rayonlarında qaz xətləri üzərində təmir-quraşdırma işləri aparılacaq.
 

Bu səbəbdən Səbail rayonu üzrə Bayıl və Badamdar qəsəbələrinin, 20-ci Sahə yaşayış massivinin, Zərifə Əliyeva, İstiqlaliyyət, R. Rza küçələrinin və Neftçilər prospektinin, Nəsimi rayonu üzrə Nizami küçəsinin, Yasamal rayonu üzrə Ə.Quliyev küçəsinin, Binəqədi rayonu üzrə Sulutəpə və Xocahəsən qəsəbələrinin təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bununla yanaşı, Nizami rayonu üzrə Q.Qarayev prospektinin, A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Ordubadi, İ.Müzəffəroğlu və Özbəkistan küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin də təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO