DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT

DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT

Hazırda oxunan: DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT

577941

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün hərəkət iştirakçılarına yağışlı və çiskinli hava şəraiti ilə bağlı müraciət edib.

İdarədən Bizim.Media-ya bildirilib ki, müraciətdə deyilir: “Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini artırır.

Yağış nəticəsində yol səthinin sürüşkən olması, eləcə də görmə məsafəsinin məhdudlaşması sürücülərdən xüsusi diqqət, məsuliyyət və intizam tələb edir. Bu səbəbdən bir daha xatırladırıq ki, belə hava şəraitində nəqliyyat vasitəsini idarə edərkən sürət həddini azaldın, ara məsafəsini normadan artıq saxlayın, şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət edin.

Eyni zamanda, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə risklər yaradır. Yağışlı havada sürücülərin görmə imkanlarının məhdudlaşdığını nəzərə alaraq, piyadalar səki ilə hərəkət etməli, yolu yalnız piyada keçidlərindən keçməli, açıq rəngli və asan görünən geyimlərə üstünlük verməlidirlər. Yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinin tam dayandığından əmin olmaq son dərəcə vacibdir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını təhlükəsizliyə məsuliyyətlə yanaşmağa, yollarda diqqətli və ehtiyatlı olmağa çağırır.

Unutmayaq: yollarda təhlükəsizlik hər birimizin məsuliyyətidir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO