Gəncədə saat 17:00-dan başlayan güclü külək şəhər ərazisində fəsadlar törədib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, güclü külək nəticəsində çox sayda irigövdəli ağaclar aşıb.
Külək nəticəsində Atatürk prospektində xəsarət alan olmasa da, qırılan ağaclar piyadaların və avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradıb.
Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikaları vasitəsilə baş verən təbiət hadisəsinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilib. Aşan iri gövdəli ağacların doğranaraq ərazidən daşınması təmin edilib.








Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
19:11 / 29.10.2025
Gəncədə güclü külək irigövdəli ağacları AŞIRDI - FOTO
Hazırda oxunan: Gəncədə güclü külək irigövdəli ağacları AŞIRDI - FOTO
Hazırda oxunan: Gəncədə güclü külək irigövdəli ağacları AŞIRDI - FOTO
577896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































