Termometrin içindəki civə təhlükəsi - Sındıqda nə etməli?

Termometrin içindəki civə təhlükəsi - Sındıqda nə etməli?

Hazırda oxunan: Termometrin içindəki civə təhlükəsi - Sındıqda nə etməli?

57788

Lap uşaqlıqdan eşidirik ki, termometrin içindəki civə tökülərsə, insanı öldürə bilər. Bəs civə həqiqətən bu qədər təhlükəlidirmi? Onu təhlükəli edən nədir? Evə dağılarsa, necə təmizləməliyik?

Bizim.Media xəbər verir ki, həkim pediatr Günay Rəsulova termometr sındıqda mütləq otağın pəncərəsinin açılmalı olduğunu deyib:

"Çünki isti otaq temperaturunda otaq civə tez buxarlanacaq və bu da bizim zaman itkimizə səbəb olacaq. Xırda hissəciklərə ayrılmasın deyə onu toplamaq üçün əlcək geyinərək ehmalca onu kağızla götürmək lazımdır. Qalan xırda hissəcikləri isə yapışdırıcı ilə təmizləmək lazımdır”.

Bəs termometr uşağın qolunda sınarsa, nə etmək lazımdır?

Günay Rəsulovanın sözlərinə görə, mütləq uşağın paltarını dəyişmək və uşağı həmin otaqdan çıxartmaq lazımdır: 

“Bəzən bizə zənglər olur civəli termometr uşağın əlində idi qırılıb bəs uşaq onu udubsa nə olacaq? Belə olan hallarda uşaq həkim nəzarətində olmalıdır. Çünki civə ağır metal olduğu üçün zəhərlənmə verəcəyi üçün belə uşaq müşahidə də olmalıdır”. (APA TV)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO