Milyonçu qardaşların cinayət işində YENİLİK

Milyonçu qardaşların cinayət işində YENİLİK

Hazırda oxunan: Milyonçu qardaşların cinayət işində YENİLİK

577730

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi xüsusi əməliyyatla həbs edilən Bahadır və İkram Quliyev qardaşlarının, eləcə də onlarla birgə ittiham olunan digər şəxslərin məhkəməsi yenidən başlanacaq.

Bizim.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb cinayət işinin başqa hakimlərin icraatına verilməsidir.

Bu iş bir ildən artıq idi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə araşdırılıb. Lakin məhkəmə istintaqı yekunlaşmağa az qalmış həmin hakimin səlahiyyətlərinə xitam verilib.

Təqsirləndirilən şəxslərdən birinin vəkili Vüqar Əliyevin sözlərinə görə, artıq cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına keçib.
 

Onunla birgə iki yeni hakim də işə qoşulub. Qanunun tələbinə əsasən, hakim tərkibi dəyişdiyindən məhkəmə istintaqı yenidən aparılacaq.


Yeni tərkibdə ilk iclas noyabrın 13-də keçiriləcək.

Qeyd edək ki, Bahadır və İkram Quliyevlərlə yanaşı, onların əmisi oğlu Fərhad Qasımov, eləcə də işçiləri Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədov da eyni iş üzrə mühakimə olunur.

İş materiallarında yazılıb ki, təqsirləndirilən şəxslər Yasamal rayonunda fəaliyyət göstərən şirkətlərində qanunsuz pul köçürmələri ilə məşğul olublar. İstintaqla müəyyən edilib ki, həmin şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Bu məbləğin təxminən 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Şirkət vasitəsilə pul köçürən bir neçə şahid ifadələrində oranı "Bahadırın bankı" kimi tanıdıqlarını bildirib.

Xüsusilə ağır cinayət əməlinə görə müttəhimlərin bir milyard manata yaxın qiymətləndirilən əmlakları - bahalı evlər, avtomobillər, qayıqlar üzərinə həbs qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO