Bərdə terrorunda həlak olanların xatirəsi anıldı – FOTO

Bərdə terrorunda həlak olanların xatirəsi anıldı – FOTO

Hazırda oxunan: Bərdə terrorunda həlak olanların xatirəsi anıldı – FOTO

577615

Bərdənin Ermənistan ordusu tərəfindən qadağan olunmuş raketlərlə atəşə tutulmasının beş ili münasibətilə anım tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, mərasim iştirakçıları terror aktının baş verdiyi əraziyə gələrək xatirə lövhəsinin önünə gül dəstələri düzüblər. Mərasimdə rayon rəsmiləri və hüquq mühafizə orqanları əməkdaşları da iştirak edib.
 

Xatırladaq ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı birləşmələri rayonda dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik klaster tipli iki raket zərbəsinin endirilməsi nəticəsində beşi qadın olmaqla, 21 nəfər həlak olub, səkkizi uşaq, 15-i qadın olmaqla, 70 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO