Ucarda odunla dolu yük maşını aşdı, xəsarət alanlar var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, QAZ53 markalı yük maşınının sürücüsü 62 yaşlı Ucar rayon sakini Nuriyev Ələddin Bəhərçin oğlu Ucar istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
Nəticədə yük maşını yoldan çıxaraq aşıb. Maşında olan sürücü və sərnişin ağır bədən xəsarətləri alaraq Ucar rayon mərkəzi xəstəxanasına aparılıb.
Fakt araşdırılır.
Bizim Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
11:30 / 28.10.2025
Ucarda odun daşıyan yük maşını aşdı - VİDEO
Hazırda oxunan: Ucarda odun daşıyan yük maşını aşdı - VİDEO
Hazırda oxunan: Ucarda odun daşıyan yük maşını aşdı - VİDEO
577603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































