Tanışlarını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Tanışlarını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Hazırda oxunan: Tanışlarını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı

577587

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Vüsal Cəbiyevin (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Gəncə Şəhər Məhkəməsinin hökmü ləğv olunub. Təqsirləndirilən şəxs əməlləri təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilib. Vüsal Cəbiyev zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.

İttihama görə, hadisə 14 mart 2023-cü il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Atatürk prospekti. 237 ünvanında yerləşən 3 saylı yataqxananın qarşısında qeydə alınıb.

Belə ki, Vüsal Cəbiyev əvvəllər tanımadığı zərərçəkmiş şəxs İntiqam Kərimzadəni (adı və soyadı şərtidir) ətrafda toplaşan çox sayda insanın gözü qarşısında nalayiq ifadələrlə təhqir edib. Guya zərərçəkmiş qonşuluqda yaşayan S.S. kimi tanınan qadına əxlaqsız təklif etməsini bəhanə edib, bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib. Bu zaman Vüsal yumruq zərbəsi ilə İntiqamı vurub. Zərərçəkmiş onun əlindən qaçarkən təqsirləndirilən şəxs təqib edib. O, İntiqamın yerə yıxılmasından istifadə edərək təpik zərbələri ilə onu vurub. Bu zaman zərərçəkmiş şəxsə xəsarətlər yetirib.
 

Bundan başqa, Vüsal Cəbiyev 9 mart 2024-cü il tarixdə yaşadığı Gəncə şəhəri, Yeni Gəncə massivi, 2-ci mikrorayonda yerləşən bina evinin dördüncü mərtəbəsində pəncərəsindən intihar etməyə cəhd edərkən ona mane olmuş polis əməkdaşlarına şərait yaratmasını özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib. O, 25 iyul 2024-cü il tarixdə, saat 23 radələrində heç bir əsaslı səbəb olmadan bıçaqla intihara cəhd zamanı polis əməkdaşlarına köməklik etmiş zərərçəkmiş M.M.-in döş qəfəsinə xəsarət yetirib.


Hadisədən sonra Vüsal Cəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO