Xızıda hamilə qadın və azyaşlı övladı dəm qazından zəhərləndi - ÇOX TƏƏSSÜF Kİ... - YENİLƏNİB

Xızıda hamilə qadın və azyaşlı övladı dəm qazından zəhərləndi - ÇOX TƏƏSSÜF Kİ... - YENİLƏNİB

Hazırda oxunan: Xızıda hamilə qadın və azyaşlı övladı dəm qazından zəhərləndi - ÇOX TƏƏSSÜF Kİ... - YENİLƏNİB

57753

Xızıda dəm qazından zəhərlənən ana və övladının şəxsiyyəti məlum olub.

Xızı rayon icra hakimiyyəti baçısının müavini Arzu Əzizov Bizim.Media-ya bildirib ki, sözügedən şəxslər Xızı şəhər sakinləri Çiçək Şahvələd qızı Əhmədova və 2019-ci il təvəllüdlü Məryəm Sədrəddin qızı Əhmədlidir.

Xızı Rayon Prokurorluğunda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

17:56***

Xızı rayonunda zəhərlənmə hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon sakini hamilə qadın və 3 yaşlı uşağı dəm qazından zəhərlənib.

Hələlik adı açıqlanmayan ana ilk tibbi yardımdan sonra Bakıya Toksikologiya Mərkəzinə çatdırılıb. 

Azyaşlının həyatını isə xilas etmək mümkün olmayıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO